SON XƏBƏR

Bacısı oğlu: "Qurban Məmmədov sərbəst buraxılıb"

Sentyabr 17
13:19 2020
Türkiyədə saxlanıldığı bildirilən hüquqşünas Qurban Məmmədovun sərbəst buraxıldığı qeyd olunur.

Q. Məmmədovun bacısı oğlu Vüqar Məmmədovun APA-ya verdiyi məlumata görə, dayısı sərbəst buraxılıb.

"Hazırda o, İngiltərəyə gedir. Axşam saatlarında Londonda olacaq”, - deyə V. Məmmədov vurğulayıb.

Qeyd edək ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov atasının Türkiyədə saxlandığı ilə bağlı "Facebook”da məlumat yaymışdı. Lakin daha sonra o statusunu silib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook