SON XƏBƏR

“Azərişıq”-ın işçisini cərəyan vurub öldürüb

Sentyabr 17
02:29 2021
Gəncədə bədbəxt hadisə baş verib.

Qlobal.az Pia.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Sözügedən ünvanda elektrik stansiyasında elektrik işləyən 1966-cı il təvəllüdlü İsmayılov İlyas Abış oğlunu cərəyan vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, mərhumu 10 k/v-luq elektik cərəyanı vurub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook