SON XƏBƏR

Azərbaycanla Ermənistan delimitasiya ilə bağlı komissiyanın yaradılmasına şifahi razılıq verdi

Yanvar 14
12:57 2022
"Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə şifahi şəkildə razılıq əldə olunub. Hesab edirəm ki, delimitasiya ilə bağlı sənəd imzalanmalıdır”.

"Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

"Hesab edirəm ki, bu il sülh sazişi ilə bağlı ümumi bir sənədin imzalanmasına nail ola bilməyəcəyik. Ermənistan əhalisinin əksəriyyəti Nikol Paşinyana səs verib. Ancaq hər üç şəxsdən biri ona qarşı çıxış edir. Bunu da nəzərə almaq lazımdır. Bəzi qurumlar Ermənistanda Paşinyanın siyasətini dəstəkləmir”, - o vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook