SON XƏBƏR

Azərbaycandakı narkomanların rəsmi sayı açıqlanıb

Aprel 12
13:18 2021
"Hazırda Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 788-dir. Onlardan 618-i qadın, doqquzu 15-17 yaşlarda, 12 969-i isə 18-34 yaşlar arası pasiyentlərdir”.

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Pərvin Məmmədov "Tibb qəzeti”nə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il qeydiyyatda 32 921 nəfər olub.

"Amma bu artımı ölkədə narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu, Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.

Şöbə müdiri bildirib ki, son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb.

"Psixostimulyatorlar qrupundan sintetik psixoaktiv maddə olan metamfetaminin və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı, müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook