SON XƏBƏR

Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib - 4 ildən sonra

May 25
11:53 2022
Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib.

"Report" məlumatına görə, bu günə 1 rubl 0,0307 manata bərabərdir.

Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) müəyyən olunub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qonşu ölkəyə qarşı tətbiq olunmuş kəskin sanksiyalar fonunda bu ölkənin milli valyutası kəskin dəyər itirib. Rusiya Bankının (Mərkəzi Bank) və Maliyyə Nazirliyinin inzibati nəzarət alətləri nəticəsində rublun məzənnəsi müharibədən əvvəlki səviyyəyə qaytarılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook