SON XƏBƏR

Azərbaycanda dünya çempionatı keçiriləcək

Dekabr 22
14:11 2021
Paracüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu haqda Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məluma yayıb. Məlumata görə 07-09 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Bakı şəhərində cüdo idman növü üzrə dünya çempionatı keçiriləcək.

Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün lisezniya xalı qazandıracaq.

Dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook