Azərbaycanda deputat seçilmək üçün yaş- 18-ə endirilir
İyul 18
23:55
2016
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, referendum layihəyəsində təklif edilən dəyişikliklərdə parlament seçkilərində namizədlərə tətbiq edilən 25 yaş məhdudiyyətinin aradan qaldırılması da nəzərdə tutulur:
"85-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan” sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin”.
Qeyd edək ki, ölkədə seçkilərdə iştirak etmək hüququna 18 yaşı tamam olan şəxslər malikdirlər.
Qlobal.az



