SON XƏBƏR

Azərbaycan yığması Şimali Makedoniya komandasına qalib gəldi

Yanvar 26
07:03 2020
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib.

"Report” xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb.

U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib. Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.

Qeyd edək ki, Samir Əliyevin baş məşqçi olduğu U-19 daha əvvəl "Alanyaspor"u yenib - 4:2.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook