SON XƏBƏR

Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik"

Sentyabr 17
02:36 2021
Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz tvitter hesabında yazıb.

"Önümüzdəki günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir", - o yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook