Azərbaycan rəsmiləri "Xanoba" sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar

Avqust 03
10:17
2022
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsinin sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-Rusiya sərhədindəki "Xanoba" sərhəd-buraxılış məntəqəsinə səfər edib.
"Report" xəbər verir ki, bu barədə gömrük rəsmisi məlumat verib.