SON XƏBƏR

Azərbaycan qanunlarından "Dağlıq Qarabağ" ifadəsinin çıxarılması təklif edilir

Sentyabr 30
11:54 2021
"Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir”.

"Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər: "Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook