SON XƏBƏR

Azərbaycan Prezidentinin Türkiyədə açılışında iştirak edəcəyi hava limanından - FOTOREPORTAJ

May 14
14:39 2022
Bu gün Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanı istifadəyə veriləcək. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edəcək. Hava limanına ilk enişi iki ölkənin liderlərinin təyyarələri edəcək.

"Report”un Rizəyə ezam olunan əməkdaşı xəbər verir ki, aeroportun açılış mərasiminə hazırlıq işləri yekunlaşıb.

Belə ki, hava limanının ərazisinə, şəhərin müxtəlif yerlərinə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın portretləri asılıb, iki ölkənin bayraqları və müxtəlif şüarlarla bəzədilib.

Bölgədə yaşayan insanlar tarixi günün şahidi olmaq üçün əraziyə axın ediblər. Meydana toplaşan sakinlər əllərində Azərbaycan və Türkiyə bayraqları tutublar.

Bir neçə saatdan sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri Rizəyə enəcək və açılış mərasimi başlayacaq.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook