Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
May 14
13:42
2022
"Bu gün müharibə bitib. Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi bir halda təəssüflər olsun ki, yenə də ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.
Onun sözlərinə görə, dünya mediasına baxdıqda erməni lobbi təşkilatları tərəfindən yenə də Azərbaycana qarşı qarayaxma kampaniyalarının davam etdiyini görmək mümkündür: "Bu bir daha onu göstərir ki, bu kimi çirkin kampaniyalara qarşı birgə səylərimizi artırmalıyıq".