SON XƏBƏR

"Azərbaycan Prezidenti müharibəyə uğurla hazırlaşırdı" - Erməni general

Sentyabr 08
16:14 2021
Ermənistan ordusunun keçmiş rəhbəri, general-leytenant Norat Ter-Qriqoryanç ölkəsinin düşdüyü ağır durumdan söz açıb. Hazırda Rusiyada yaşayan general erməni mediasına verdiyi müsahibədə Azərbaycan rəhbərliyinin 44 günlük müharibəyə qədər uğurlu gedişlər etdiyini bildirib.

Ermənistanın ağır məğlubiyyətindən söz açan Norat Ter-Qriqoryanç deyib ki, bir vaxtlar ölkə rəhbərliyi Azərbaycanın Qarabağla bağlı verdiyi bəyanatlara gülürdü, rəsmi Bakının xəyal qurduğunu deyirdi. Amma onlar üçün acı sonluq yaşandı. Azvision.az müsahibədən bəzi hissələri təqdim edir:

"Azərbaycan rəhbərliyi öz bəyanatları ilə ağıllı davranırdı. Prezident İlham Əliyevin açıqlamaları dünya ictimaiyyətini genişmiqyaslı hərbi əməliyyatların bərpasına hazırlayırdı. Bəli, təəccüblənməyin, o, Qarabağ müharibəsinə eyni uğurla, eyni mexanizmlərlə hazırlaşırdı. Azərbaycan diplomatiyasını qiymətləndirməmək olmaz ".

Erməni general deyib ki, Qarabağın azadlığı yolunda əvvəlcə diplomatik gedişlərdən istifadə edərək beynəlxalq aləmin qəbul edə biləcəyi bir durum üçün zəmin hazırladıq, sonra isə konkret hərəkətə keçdik.

" Yalnız Rusiya həmişə erməni xalqına dəstək olub. Son illərdə Ermənistan hakimiyyəti strateji tərəfdaşına qarşı ikili oyun sərgiləsə də, Rusiya hər zaman zirvədə olduğunu göstərdi. Bəli, bu ikili standartları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ortaya atıldığı fikri ilə razıyam. Amma bunun səbəbləri var”, - general deyib.

O yeni təyin olunan müdafiə naziri haqqında da danışıb. General qeyd edib ki, Arşak Karapetyanı şəxsən tanımır, amma verdiyi əmrlər ölkə sərhədlərinin bundan sonra qorunacağına ümid yaradır.

"Baxaq görək onun sözləri əməli ilə necə üst-üstə düşəcək. Bunu zaman göstərəcək. Sərhəd məsələləri həll olunmayana qədər sülh müqaviləsindən danışa bilmərik. Dərhal sərhəd məsələləri ilə məşğul olmalıyıq və sonra sülhdən danışmalıyıq".

Norat Ter-Qriqoryanç jurnalistin eks-nazir David Tonoyanın mövcud vəziyyətə, utancverici məğlubiyyətə görə məsuliyyət daşıması ilə bağlı sualına da cavab verib.

"David Tonoyan xain və əclafın biri, bəlkə də birincisidir. Müharibədən bir ay əvvəl mümkün problemləri neytrallaşdırmağa kömək etmək üçün ölkəyə gələndə məni qəbul etmədi. Tonoyan bu addımı ilə bütün erməni xalqına qarşı cinayət törətdi. Çünki mən yardımçı ola bilərdim. Amma o razılaşmadı. Nəticədə bir ay sonra nə baş verdiyini hamınız bilirsiniz. Tonoyan məsələnin əhəmiyyətini başa düşmədi, mən həm ordunun, həm də Ermənistanın xeyrinə bir çox məsələlərdə əməkdaşlıq edə bilərdim. Ya da ona planlarını həyata keçirməsinə icazə verməyəcəyimdən qorxaraq bunu istəmədi".

Qeyd edək ki, Norat Ter-Qriqoryants 1992-1995-ci illərdə baş qərargah rəisi, 1993-cü ildə isə müdafiə naziri olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook