SON XƏBƏR

Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq

Oktyabr 25
11:44 2021
Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura bir oyunla yekun vurulacaq.

"Qarabağ" "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı qarşılaşmanın baş hakimi Rauf Allahverdiyev olacaq. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 13-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. 2 görüşdə heç-heçə qeydə alınıb, 1 matçda isə "dənizçilər" texniki qələbəyə sevinib. Topların fərqində də "köhlən-atlar"ın aşkar üstünlüyü var - 29:3. "Qarabağ” texniki nəticə nəzərə alınmasa, hər oyunda qol vurub və rəqibinə uduzmayıb. Meydan sahibləri ağdamlılara qarşı son iki ev matçında heç-heçə oynayıb.

Azərbaycan Premyer Liqası, VIII tur

19:00. "Səbail” – "Qarabağ”

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov

"ASCO Arena”

8-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb.
 
"Sabah" - "Sumqayıt" 3:0
"Neftçi" - "Zirə" 2:1
"Qəbələ" - "Keşlə" 3:2



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook