SON XƏBƏR

Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir - VİDEO

İyun 14
11:14 2022
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib.

Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook