SON XƏBƏR

Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur etdi: Şəhid və yaralılarımız var

İyul 12
18:55 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

"Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!", - rəsmi açıqlamada bildirilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook