SON XƏBƏR

Azərbaycan mobil internetin sürətinə görə 5 pillə geriləyib

Noyabr 16
10:19 2021
Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 1 pillə irəliləyərək 123-cü yerdə qərarlaşıb.

"Report”un "Speedtest Global Index”ə istinadən verdiyi xəbərə görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 15,48 MB/S olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 5 pillə geriləyib və 29,61 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 181 ölkənin adı var. Birinci yerdə Sinqapur (181,11 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,7 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 130,19 MB/S sürətlə birinci, Şərqi Timur isə 5,17 MB/S sürətlə sonuncu 141-ci yerdə qərarlaşıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook