SON XƏBƏR

Azərbaycan əsilli qardaşlar Rusiyanın xaricdəki ən populyar ifaçılarıdır

Dekabr 10
01:21 2021
Rauf və Faiq Mirzəyev qardaşları (Rauf & Faik) bəstəkar Pyotr Çaykovski ilə yanaşı Rusiyanın xaricdə ən çox dinlənilən musiqiçiləridir.

Bu barədə "Spotify” audio xidmətinin tərtib etdiyi reytinqdə bildirilib.

Şirkət öz "Instagram” səhifəsində xaricdə ən çox dinlənilən rus musiqiçilərinin ilk 10-luğunu dərc edib.

Azərbaycan əsilli qardaşlar reytinqdə ikinci, ifaçılar arasında isə birinci yer tutublar.

Qeyd edək ki, Rauf və Faiq Mirzəyevlər Rusiyanın İjevsk şəhərində doğulsalar da, əslən Füzulidəndirlər.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook