Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ilk görüşünün keçirildiyi yer bilinib
May 26
12:25
2022
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşünün keçirildiyi yer bilinib.
APA "news.am”a istinadən xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Arazdəyən kəndi (Vedi rayonunun Arazdəyən kəndi) istiqamətində sərhəd xəttində görüşüb.
"Növbəti görüşün vaxtı hələ müəyyən olunmayıb”, - Mqer Qriqoryanın ofisindən açıqlama verilib.
Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.