Züqanov: “Rusiyada ölüm hökmü bərpa edilməlidir”
Oktyabr 25
11:27
2015
"Rusiya cəmiyyəti ölüm hökmünün ləğvinə moratorium qoyulmasına hazır deyildi, ona görə də ən yüksək cəza bərpa edilməlidir”.
Qlobalinfo.az Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə bu fikri Rusiya kommunistlərinin lideri (KPRF) Gennadi Züqanov söyləyib.
"Mən prinsipcə, qaniçən adam deyiləm. Ancaq ölkədə olum hökmü ləğv olunanda biz buna hazır deyildik. Cinayətkar 4 adamın "başını yeyib”, bizdə isə bilmirlər onunla nə eləsinlər. Biz ona hazır deyilik ki, adam dəmir barmaqlıqlar arxasında otursun və işləməsin.
Çünki yalnız əmək insanı islah edir. Ona görə də mən ölüm hökmünün bərpasının tərəfdarıyam. Vaxt gələcək, ləğv ediləcək” – deyib Züqanov.
"Bilirsiniz, Qafqazda terrorçuları əsir götürmürlər. İstənilən dövlət də ona görə yaradılmayıb ki, hamı cənnətdə yaşasın, ona görə qurulub ki, həyat cəhənnəmə çevrilməsin” - əlavə edib Rusiyanın baş kommunisti.



