SON XƏBƏR

Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT

İyul 10
17:13 2025
Neftçala rayon sakini olan və sosial şəbəkədə özünü "vəkil", "hüquqşunas" kimi təqdim edən Səbiyyə Panəliyeva adlı xanım bir qrup vətəndaşa külli miqdarda ziyan vurub.

Bu barədə AzFakt.com-a Səbiyyə Panəliyevanın dələduzluğu ilə üzləşən şikayətçilər məlumat verib. 

Belə ki, Səbiyyə Panəliyevanın dələduzluğu nəticəsində vətəndaşlar Abdullayev Şaiqə altı min (6000) manat, Məsmalıyev Ömərə min iyirmi beş (1025) manat, Quliyeva Məlahətə isə iki min yeddi yüz (2700) manat ziyan dəyib. 

Şikayətçilərin sözlərinə görə Səbiyyə Panəliyevaya inanaraq problemlərinin həlli üçün ona pul veriblər. Ancaq bir müddət sonra aldadıldıqlarını bildikdən sonra S.Panəliyevadan pullarını geri tələb etsələrdə, dələduz xanım müxtəlif bəhanələrlə onlardan aldıqlarını qaytarmaqdan boyun qaçırır. 

Bildirək ki, sosial şəbəkədə özünü "vəkil" "hüquqşunas" kimi təqdim edən Neftçala rayon sakini Səbiyyə Panəliyeva vəkil deyil. Bu barədə Vəkillər Kollegiyası açıqlama yayıb. 

Səbiyyə Panəliyeva "İnstagram" və "Tik-Tok" sosial şəbəkəsində "bhkm_huquq_merkezi" adlı səhifə açaraq özünü vətəndaşların problemlərinə kömək edən "vəkil" "hüquq müdafiəçisi" kimi təqdim edir. 

Qeyd edək ki, bir müddət əvvəl özünü "hüquq müdafiəçisi" kimi təqdim edən  Səbiyyə Panəliyevanın dələduluğu ilə bağlı  "Xezerxeber" televiziyasında sujet yayımlanmışdı.

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook