“Özünü polkovnik-leytenant kimi təqdim edərək, qonşuları şantaj edir” – ŞİKAYƏT
Aprel 30
13:26
2022
İcra Hakimiyyəti problemin həllindən niyə boyun qaçırır?
"2019-cu ildə üzbə-üz mənzildə yaşayan qonşum Səlimov Əzizağa Böyükağa oğlu qanunsuz şəkildə hasarını 3 metr irəli çəkərək, səkini zəbt etdi. Daha sonra burada təndirxana, ardıncada avtoyuma məntəqəsi inşa etdi. 3 ildir ki, avtoyuma məntəqəsinin səs-küyündən, dərmanın iyindən, ora toplaşan insanların nalayiq ifadələrindən təngə gəlmişik”.
Şikayətçi bildirir ki, Əzizağa Səlimov bu obyektləri tikərkən, qonşulardan və müvafiq qurumlardan heç bir icazə almayıb: "S.Əzizağanın heç bir qanuni sənədi yoxdur. Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza qrupu sözügedən ünvanda yoxlamalar apardılar. Yoxlamalar nəticəsində məlum oldu ki, normal səs göstəricisi 40 megahertz olduğu halda, avtoyuma məntəqəsindən ətrafa yayılan səs 52 megahertzdir. Bu isə normadan artıqdır və ətrafda yaşayan insanların istirahətinə maneə olur. Ümumiyyətlə qanunla müəyyən olunub ki, avtoyuma məntəqəsinin açılması üçün texniki şərtlər olmalıdır. Bu şəxsin isə VÖEN-dən başqa heç bir tutarlı sənədi yoxdur”.
Səyyar Hacıyevin sözlərinə görə, S.Əzizağa özünü sabiq polis işçisi, polkovnik-leytenant kimi təqdim edərək, qonşulara hədə-qorxu gəlir: "Bu adam özünü keçmiş polis işçisi kimi təqdim edərək, qonşuları şantaj edir. Eyni zamanda qardaşınında prokuror olduğunu deyir. Yaranmış problemə görə, S.Əzizağa ilə aramızda bir neçə dəfə mübahisə baş verib. Onun qanunsuz əməlləriylə bağlı, Nərimanov Rayon Məhkəməsinə və Prezident Aparatına şikayət məktubu ünvanlamışam. 3 dəfə bu obyektin bağlanmasına nail olsam da, sonra yenidən qanunsuz yollarla fəaliyyət göstərmyə davam edib. Növbəti məhkəmə may ayının 10-na təyin olunub. Ümid edirəm ki, Apelyasiya Məhkəməsi bu işə obyektiv qiymət verərək, müvafiq qərar qəbul edəcək”.
Şikayətçi sözügedən obyektin sökülməsinin Nərimanov Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsində olduğunu bildirir: "Nərimanov Rayon İcra Hakimiyyətindən bildiriblər ki, məhkəmənin qərarı olmadan obyekt sökülə bilməz. Bunun üçün şikayətçi özü məhkəməyə müraciət etməlidir. Lakin hesab edirəm ki, qanunsuz tikililərin sökülməsi üçün İcra Hakimiyyətinin özü məhkəmə prosedurlarında iştirak etməlidir. Çünki vaxtilə bu səki onlar tərəfindən həmin adama satılıb.