SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

Özünü deputatın xalası oğlu kimi təqdim etmişdi - Məhkəmədə həbs edildi

Fevral 22
19:50 2025
Bakıda oğlunu işə düzəltmək istəyən şəxs aldadılıb. Bu cinayət işində sabiq təhsil şöbəsinin müdiri və özünü deputatın xalası oğlu kimi təqdim edən şəxslərin adı keçir.

Musavat.com xəbər verir ki, 64 yaşlı Faiq Q. dələduzluqda təqsirləndirilərək hakim qarşısına çıxarılıb.

Təqsirləndirilən şəxs Faiq Q. ifadəsində deyib ki, "Azadlıq” metrostansiyasının yaxınlığında təqaüdçülərin toplaşdığı kafedə Şamil adlı şəxsi tanıyıb. Sonradan Şamil Nurəliyevin Saatlı Rayon Təhsil Şöbəsinin müdiri işlədiyini öyrənib.

Onun sözlərinə görə Şamil Nurəliyevin tanışı olan Şəmsəli adlı şəxs oğlunu işə düzəltmək istəyib. Bu barədə Şamil Nurəliyev ona məlumat verib.

"Şamillə bir yerdə olanda Şəmsəli ona zəng elədi. Şəmsəli oğlu Ramazanı işə düzəltmək istədiyini dedi. Şamil də mənə söylədi. Bu işi həll edə biləcəyimi dedim. İşin 9 min manata düzələcəyini bildirdim. Əvvəlcə 5 min manat aldım. Sonra da min manat. Amma iş düzəlmədi” - deyə təqsirləndirilən şəxs bildirib.

Zərərçəkmiş Şəmsəli isə dindirilən zaman qeyd edib ki, onun aldadılmasında Şamilin də günahı var: "Məni Faiqlə Şamil tanış elədi. 5 mini verəndən sonra xərçəng xəstəsi olduğunu, min manat da müalicəsi üçün lazım olduğunu dedi. Həmin pulu da verdim. Faiq deyirdi ki, xalasının oğlu deputatdır. İşi onun əli ilə həll edəcəkdi. Amma iş düzəlmədi, pulumu da ala bilmədim. Pulun hamısını borc almışam. Şamil mənə deyirdi ki, Faiq pulu verməsə, özü verəcək”.

İşdə adı keçən Şamil Nurəliyev şahid kimi dindirilib. Ş.Nurəliyev vəzifəsində yol vediyi nöqsanlara görə işdən çıxarılıb.

Ş.Nurəliyev bildirib ki, bu işdə heç bir fəaliyyəti olmayıb: "Şəmsəli özü məndən xahiş etdi. Mən də Faiqlə əlaqələndirdim. Pulu verəndə orada olmamışam. 5 minatdan xəbərim var. Amma min manatın alınmasını bilmirəm”.

Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs pulunu tələb etdiyini deyib. Təqsirləndirilən Faiq Q. isə əməlindən peşman olduğunu, vaxt verilərsə, pulu ödəyəcəyini bildirib.

Məhkəmənin hökmü ilə Faiq Q. 2 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook