SON XƏBƏR

"Özünü buraxan partiyalar bir müddət sonra fəaliyyətlərini bərpa edə bilər" - Vəkil

Aprel 26
12:07 2023
"Siyasi partiyaların fəaliyyətlərini dayandırması, yaxud da ləğv edilməsi iki formada - qurultay və məhkəmə yolu ilə həyata keçirilir. Ləğvetmə və fəaliyyətini dayandırmaq səlahiyyətləri qurultaya və müvafiq məhkəmələrə aid olduğu halda nizamnamə heç bir halda partiya sədrinə belə bir səlahiyyət vermir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Nemət Kərimli partiyaların fəaliyyətinin dayandırılmasının hüquqi yollarını izah edərlən deyib. O bildirib ki, partiyaların qeydiyyatı Azərbaycan Respublikasının qanunverici sisteminə uyğun olaraq həyata keçirilir:

"Ona görə partiya sədrlərinin belə bir addım atması qanuna ziddir və bundan əlavə həmin partiyaların fəaliyyəti dayanmış hesab edilə bilməz. Bu günlərdə tez-tez siyasi partiyaların bağlanması xəbərləri yayılır. Hər bir halda siyasi partiya obyekt deyil ki, onu kim istəsə bağlasın, kim istəsə açsın. Partiyanın bağlanması kimi termin yoxdur. Qüvvədən düşmüş "Siyasi partiyalar haqqında" qanunda, yaxud da hazırda fəaliyyətdə olan siyasi partiyalar haqqında qanunda partiyanın fəaliyyətinin dayandırılması, yaxud da ləğv edilməsi terminləri var. Qüvvədən düşmüş siyasi partiyalar haqqında qanunun 16-cı maddəsinədə göstərir ki, partiyanın fəaliyyətinin dayandırılması yalnız qurultay tərəfindən həyata keçirilə bilər. Ləğv edilməsi də həmçinin qurultay ya da məhkəmələr tərəfindən həyata keçirilə bilər”.

Nemət Kərimli hesab edir ki, qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun 8-ci maddəsinə əsasən siyasi partiyanın fəaliyyəti yalnız qurultay tərəfindən dayandırıla bilər:

"Bu zaman orada konkret olaraq müddət göstərilir. Yəni, hansı müddətə kimi partiyanın fəaliyyətinin dayandırılması əks olunur. Qanununvericilikdə həmin müddət başa çatdıqdan sonra partiyların bərpası üçün prosedur qaydalar müəyyən edilib”. 

Qeyd edək ki, 2023-cü ildə 15 siyasi partiya fəaliyyətini dayandırıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook