Ziya Məmmədovun şirkətindən daha bir məhkəmə iddiası
Mart 12
17:22
2022
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilən "FortisGroup” MMC daha bir şirkəti məhkəməyə verib.
"FortisGroup” MMC-nin bu dəfə məhkəməyə verdiyi şirkət "NEMA ÇİN ƏND O.F. KOMPANİ" MMC-dir.
Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb.
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun sədriliyi ilə baxılır.
"NEMA ÇİN ƏND O.F. KOMPANİ" MMC 31 mart 2006-ci il tarixdə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Orucov Famil Xannayib oğludur.
Açıq mənbələrdə 16 ildir fəaliyyət göstərən şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
"FortisGroup” MMC isə 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb.
Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.
Şirkət "Azbentonit" MMC-nin bazasında yaradılıb.
2004-cü ildə yaradılan "Azbentonit" MMC 2015-ci ildə "Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə "FortisGroup” MMC-yə çevrilib.
"FortisGroup” MMC "Garant Holdinq"in törəmə müəssisəsidir.
Adıçəkilən holdinq isə Ziya Məmmədova məxsusdur.

"FortisGroup” MMC bundan əvvəl "Akkord” şirkətini və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "Gilan Holdinq"i məhkəməyə vermişdi.
Mənbə: qaynar.info
Qlobal.az