SON XƏBƏR

Ziya Məmmədov Aydın Bəşirovu vəzifədə saxlayır- FOTOFAKT

Avqust 12
01:53 2016
Son illər dünyada gedan sürətli texnoloji yeniliklər Azərbaycana da təsir edib. Bu gün demək olar ki, Azərbaycanda əksər dövlət idarələrinin və müəssisələrinin rəsmi saytı var.
 
Artıq indi hər bir vətəndaş çox asanlıqla istənilən dövlət müəssisəsinin rəsmi saytına daxil olaraq struktur haqqında istənilən informasiyanı əldə edə bilər.
 
Ancaq təəssüflər olsun Azərbaycanda elə dövlət müəssisələri var ki, rəsmi saytlarını illərlə yeniləmir. Məsələn, Nəqliyyat nazirliyinin rəsmi saytı kimi.
 
Adıçəkilən nazirliyin rəsmi saytının kollegiya bölməsində 2013-cü ildə vəzifəsindən azad olunan Aydın Bəşirov hələ də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi və kollegiya üzvü kimi göstərilir. 
 
Qeyd edək ki, respublika prezidenti İlham Əliyev cənablarının 2013-cü ildə imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilərək əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti" yaradıldı.
 
Yeni yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə isə Rauf Göyüş oğlu Vəliyev sədr təyin edilib.
 
Qlobal.az
 

 


 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook