“Ziraat Bank Azərbaycan”da vaxtı keçmiş kreditlərin həcmi 76 milyon manata çatdı
Dekabr 19
11:53
2024
"Ziraat Bank Azərbaycan”ın bu ilin 9 ayında vaxtı keçmiş kreditlərinin həcmi 75 milyon 246 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 86,7% və ya 34 milyon 952 min manat çoxdur.
2023-cü ildə bankın vaxtı keçmiş kreditlərinin həcmi 40 milyon 294 min manat təşkil edib.
Bu il oktyabrın 1-nə "Ziraat Bank Azərbaycan”ın aktivləri 804,957 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,1% çoxdur.
Bunun 433,916 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 24% böyüyüb.
Qlobal.az