SON XƏBƏR

"Zeytun" aptekin işçiləri ilkin və dövri tibbi müayinədən keçirilməyib - RƏSMİ

İyun 20
09:03 2023
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Qlobal.az xəbər verir ki, 16 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 10 müəssisədə nöqsanlar müəyyən olunub. 
 
Monitorinq zamanı Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 42A ünvanında fəaliyyət göstərən "Zeytun" aptekdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi aşkarlanıb.
 
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook