Zeynəb Xanlarovanın bacısı oğlunu hansı cəza gözləyir? - “Türkan işi” yekunlaşır
Yanvar 08
14:58
2022
Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun adı keçən cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi yanvarın 14-də baş tutacaq.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı müttəhimlərə cəza istəyəcək.
Qaynarinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Zeynəb Xanlarovanın bacısı oğlu ilə yanaşı, daha 4 nəfər - Çingiz Səfərov, Rahil Babayev, Zəfər Abdulov və Eldar Mirzəyev mühakimə olunur. Artıq iş üzrə zərərçəkənlər, onların hüquqi varisləri dindirilib, iş üzrə şahidlər, təqsirləndirilən şəxslər ifadə veriblər.
Cinayət işinə gəlincə, ittihama görə Daşqın Nəsirov 2 ahıl qadının - 80 yaşlı Əzizəxanım Atayevanın və mərhum Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən torpaq sahələrini saxtakarlıqla ələ keçirib. Zərərçəkənlərin şikayətindən sonra həyata keçirilmiş istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etməsi müəyyənləşib. Məlum olub ki, qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırladıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə yalan məlumatlar daxil ediblər, bununla da dövlətə məxsus və orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçiriblər.
Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Sonradan isə Daşqın Nəsirov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə olaraq azadlığa buraxılıb. Məhkəmə zərərçəkənlər və onların qanuni nümayəndəsinin Daşqın Nəsirovun məhkəmə dövründə həbsdə saxlanılması haqda vəsatətlərini təmin etməyib. İş üzrə təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü ittiham üzrə qismən təqsirli bilir. Daşqın Nəsirov əsas fiqurant olsa da, özünü təqsirli bilmir.
Məlumata görə, Daşqın Nəsirov özünü təqsirli bilməsə də, ittiham tərəfi onun təqsirini sübuta yetirə bilib. Ona görə də, Zeynəb Xanlarovanın bacısı oğlunun da uzun müddətli həbsə göndəriləcəyi gözlənilir.
Qlobal.az