“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!

Fevral 05
00:49
2025
"Farmaniya.com” dələduzluq piramidasının idarəçisi Hüseyn Quliyevin cinayət işi üzrə aparılan ibtidai istintaq yekunlaşıb.
"Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sosial şəbəkələrdə populyar olan "Zevs”in (Ruslan Quliyev) qardaşı Hüseynə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə yekun ittiham elan edilib. O bu maddə ilə təqsirli bilinərsə, əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
İş üzrə ilk iclas fevralın 17-si başlayacaq. Prosesə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.
Qlobal.az