SON XƏBƏR

Üzərinə "Şehit Enver Paşa" yazılan bomba partlamadı- erməni sayıqlaması

Aprel 25
20:18 2016
Sosial şəbəkələrdə ermənilərin daha bir təxribatlarının üstü açılıb.
 
Belə ki, bu gün Suriyanın Hələb şəhərində partlayış törədilib. Partlayış nəticəsində Suriyada yaşayan 3 erməni yaralanıb. Hər zaman hər şeydən yararlanmağa çalışan alçaq erməni xisləti bu dəfə də bu qanlı olaydan yararlanmağa çalışıb. 
 
Suriya parlamentinin erməni deputatının sosial şəbəkələrdə paylaşdığı saxta foto isə ermənilərin türklərə olan sonsuz nifrətini bir daha göstərib. Fotoda hadisə yerindən əldə olunan "partlamayan bomba"nın üzərinə "Şehit Enver Paşa" yazılıb. Məkrli erməni deputatı bu şəklin altından isə Ənvər Paşanın haqqında şərh yazaraq onu "erməni soyqırımı"nın ideoloqlarından biri kimi təqdim edib.
 
Fotonu təqdim edirik:
 
Qlobal.az
 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook