“Zelenskinin planı qələbə gətirməyəcək” - Orban
Oktyabr 18
11:46
2024
Ukrayna Prezidenti Volodimir Zelenskinin planı qələbəyə gətirib çıxarmayacaq.
Ukraynanın nüvə silahı yaratmaq planları ilə bağlı şayiələri də şərh edən Orban deyib ki, "Qərb kəşfiyyat orqanları bu məsələyə aydınlıq gətirməyə çalışır”.
"AzPolitika” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli mediaya açıqalmasında deyib.
Orban deyib ki, "Macarıstan bunda iştirak etməyəcək”: "Biz bunu dəstəkləmirik, çünki bu, Macarıstan üçün qalib gəlmək planı deyil. Biz müharibədə iştirak etməmişik və iştirak etmək niyyətində deyilik. Belə bir planla qalib gələ bilməzsən. Güclü olduğunuz zaman danışıqlar aparmaq yaxşı fikirdir, amma biz zəifik. Hər kəsin hərbi strategiyası var, bizim isə sülh strategiyamız var”.