Zelenski və Makron Putinlə mümkün görüşü müzakirə ediblər

İyul 28
08:59
2025
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında Rusiya lideri Vladimir Putinlə mümkün görüş məsələsi müzakirə edilib.
Zelenski Makronu İstanbulda Rusiya tərəfi ilə keçirilmiş üçüncü görüşün nəticələri barədə məlumatlandırıb.
"Avqustun sonunadək ən yüksək səviyyədə görüş təşkil olunması ilə bağlı təklifimizə cavab gözləyirik”, – dövlət başçısı vurğulayıb.