Zelenski Ukraynanın təmas qrupundakı nümayəndə heyətini ləğv edib
Sentyabr 02
10:22
2022
Prezident Volodimir Zelenski Ukraynanın şərqindəki vəziyyəti həll etmək üçün ölkənin təmas qrupundakı nümayəndə heyətini rəsmən ləğv edib.
"Ukrayna Prezidentinin 5 may 2020-ci il tarixli 167/2020 nömrəli "Ukraynanın Üçtərəfli Əlaqə Qrupunda iştirak etmək üçün nümayəndə heyəti haqqında” Fərmanı qüvvədən düşmüş hesab edilsin”, - sənəddə deyilir.
Ümumilikdə, dünənki fərman Ukrayna nümayəndə heyətinin təmas qrupunda fəaliyyəti və heyətin tərkibi ilə bağlı 2020-2021-ci illər üzrə Prezidentin altı fərmanını ləğv edir.



