“Zelenski Ukraynanın idarəçiliyini xarici güclərə verib” - Putin
İyun 30
14:41
2021
"Ukrayna xalqı bizə dost xalqdır, indiki Ukrayna hakimiyyəti isə yox...”
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt”də ona ünvanlanan "Ukrayna niyə Rusiyaya dost olmayan ölkələrin siyahısında yoxdur” sualına cavabında bildirib.
Putin Ukraynada köklü xalqlar haqqında qanun qəbul etmək istədiklərini xatırladıb: "Onlar rusları Ukraynanın köklü xalqı siyahısından çıxarıblar. Bu nə deməkdir? Bu, o deməkdir ki, ruslar ikinci növ xalq hesab olunacaqlar”.



