SON XƏBƏR

Zelenski Ukrayna Pravoslav Kilsəsinin nümayəndələrinə sanksiya tətbiq etdi

Dekabr 12
10:55 2022
Ukrayna prezidenti Volodimir Zelenski kanonik Ukrayna Pravoslav Kilsəsinin nümayəndələrinə yeni məhdudiyyətlərin tətbiqi haqqında fərman imzalayıb. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, müvafiq fərmana qarşı sanksiya tətbiq edilən UPK-nin yeddi nümayəndəsinin adı siyahıya əlavə edilib.

Aktivlərin dondurulması, ticarət əməliyyatlarının bloklanması, Ukraynanın dövlət mükafatlarından 5 il müddətinə məhrum edilməsi də daxil olmaqla məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.

Ukrayna Xarici İşlər Nazirliyinə sanksiyaların tətbiqi barədə Aİ, ABŞ və digər dövlətlərin səlahiyyətli orqanlarını məlumatlandırmaq və onlarla oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmaq tapşırılıb.

Bu ərəfədə məlum olub ki, SBU Xarkov vilayətindəki kanonik Ukrayna Pravoslav Kilsəsinin 14 kilsəsində axtarışlar aparır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook