Zelenski Rusiyaya xəbərdarlıq edib
Avqust 22
11:43
2022
Mariupol şəhərində Rusiya tərəfindən məhkəmə baş tutsa, danışıqlar aparılmayacaq.
"Report” "RBC-Ukraina”ya istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində çıxış edib.
Dövlət başçısı qeyd edib ki, düşmənin planları nə olursa-olsun, Ukraynanın reaksiyası tamamilə başa düşüləndir.
"Əgər həmin iyrənc məhkəmə baş tutsa, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, heç bir danışığınn mümkün olmadığı xətt olacaq", - Zelenski vurğulayıb.



