Zelenski Rusiyaya: "Denasifikasiya sualının cavabını güzgüyə baxıb verə bilərsiniz"
Aprel 05
14:42
2022
"Biz onlara dedik ki, "denasifikasiya” və "demilitarizasiya” ifadələrini unutsunlar. Bu barədə heç danışmayacağıq. "Denasifikasiya” sadəcə olaraq təhqiramiz səslənir. Bu ifadəni sizin (Rusiya – "Report”) tərəfinizdə işlədə bilərik. Buçadakı vəziyyətin göstərdiyi kimi, biz haqlı idik”.
"Report” "Kanal 24”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.
"O ki qaldı "demilitarizasiya”ya, bundan söhbət belə gedə bilməz. Ordu təhlükəsizlik məsələsidir”, - dövlət başçısı bildirib.



