SON XƏBƏR

Zelenski Putinlə danışıqları “xalqın gözü qarşısında” aparmağa çağırdı

Noyabr 17
12:02 2022
Ukrayna prezidenti Vladimir Zelenski tərəfdaşlarından Moskvanın birbaşa danışıqlar aparmaq istədiyi barədə siqnallar aldığını bildirib. Bununla belə, o qeyd edib ki, Ukrayna ictimai format təklif etmək niyyətindədir.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Ukrayna lideri vurğulayıb ki, o, danışıqların "pərdə arxasında” getməsini istəmir.

Bundan bir neçə gün öncə Zelenski Ukraynanın dialoqa başlaması üçün şərtləri açıqlayıb. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icrası haqqında fərman imzalayıb.

Rusiya lideri isə öz növbəsində bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara həmişə açıqdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook