SON XƏBƏR

Zelenski Krım əhalisinə müraciət etdi: “Bazalardan uzaq durun”

Avqust 31
12:09 2022
Ukrayna prezidenti Volodimir Zelenski Krım əhalisindən yarımadadakı Rusiya hərbi obyektlərinə yaxınlaşmamağı və düşmənlər haqqında məlumatları Ukraynanın xüsusi xidmət orqanlarına ötürməyi xahiş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna dövlət başçısının müraciətinə istinadən məlumat yayıb. 

"Bu gün mən bir daha Krımda olan bütün insanlarımızın diqqətini çəkmək istəyirəm: xahiş edirəm Rusiya hərbi obyektlərindən uzaq olun, Rusiya bazalarından və hərbi aerodromlarından uzaq olun və Krımın azad edilməsinin daha tez baş verməsi üçün işğalçılar haqqında bildiyiniz bütün məlumatları Ukraynanın xüsusi xidmət orqanlarına bildirin”, - deyə prezident vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook