SON XƏBƏR

Zelenski Çin və Braziliyanın sülh planını destruktiv adlandırıb

Sentyabr 12
14:09 2024
Prezident Vladimir Zelenski Çin və Braziliyanın Ukraynada sülh planının Kremllə razılaşdırıldığını əsas gətirərək onu destruktiv adlandırıb.

APA-nın məlumatına görə, o, bu barədə Braziliyanın "Metrópoles” nəşrinə müsahibəsində danışıb.

"Onların təklifi siyasi bəyanatdan başqa bir şey deyil. Mən bunu Braziliya Prezidentinə də demişdim”, – Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, hər iki dövlətin Rusiyanın mövqeyindən çıxış etməsi yanlış yanaşmadır.

Qeyd edək ki, haqqında bəhs olunan plan müharibənin dayandırılması və tərəflərin tutduqları mövqelərdə qalmasını nəzərdə tutur. Bu isə Vladimir Zelenskinin qoşunların 1991-ci il sərhədlərinə geri çəkilməsi ilə bağlı irəli sürdüyü planla ziddiyyət təşkil edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook