Zelenski əraziləri dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
Noyabr 30
08:49
2024
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib.
"Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO üzvlüyünə verə bilərik”, - Zelenski deyib.