Özəl klinika bir ailəni bədbəxt etdi - Fotolar
Sentyabr 23
20:07
2016
"Diaqnoz” Tibb Mərkəzinin həkimi Qənbər Qocayevin səhlənkarlığı ucbatından övladının sağlamlığını itirdiyini iddia edən Şuşadan məcburi köçkün olan Rəşad Bağırov bir müddət öncə iddiasına baxılması üçün mətbuata müraciət etmişdi.
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Nihadın hazırki vəziyyəti ilə bağlı ailəsi və vəkili tərəfindən tədbir keçirilərək məsələ bir qədər də ictimailəşdirilib.
Nihadın atası bildirir ki, oğlu boğaz ətinin götürülməsi əməliyyatını aparan "Diaqnoz” Tibb Mərkəzinin həkimi Qənbər Qocayev onu pis vəziyyətə salıb:
"Külli miqdarda maddi ziyandan əlavə oğlumun sağlamlığında ciddi problem yaranıb. Aidiyyatı qurumlar isə susur. 02.06.2014-cü il tarixdə oğlum LOR həkimi Qənbər Qocayev tərəfindən "Diaqnoz Tibb Mərkəzi”ndə əməliyyat olundu. Əməliyyatdan bir gün sonra oğlum Nihadı evə buraxdılar. Əməliyyatdan sonra Nihadın boyun və boğaz hissəsində çox möhkəm ağrıları var idi. Əməliyyatın 9-cu günü saat 12-13 arası uşağın ağız və burnundan kəskin qanaxma başladı. Demək olar ki, onu ölümcül vəziyyətdə "Diaqnoz Tibb Mərkəzi”nə çatdırdıq. Önəmli fakt olduğu üçün klinikanın sənədlərində onun qanaxma ilə xəstəxanaya yerləşdirildiyi gizlədilib. Uşağa təcili müdaxilələr olunub, sistem köçürüldü. Vəziyyət ciddi olduğu üçün Nihadı bir gecə xəstəxanada saxlamalı oldular".
Rəşad Bağırov bildirir ki, məsələ ilə bağlı hara üz tutursa, onun şikayətinə baxılmır.
Təbirdə Bağırovlar ailəsinin vəkili Samir Zeynalov bu problemlemin yalnız Bağırovlar ailəsinin deyil, ümümiyyətlə səhiyyəmizin problemi olduğunu vurğuladı.
"Artıq 2 ildir ki, mövcud problemlə bağlı Xətai rayon məhkəməsinə müraciət etmişik. Ancaq məsələyə baxılsa da sonda məhkəməni uduzan tərəf biz olduq. Baxmayaraq ki, həkim Qəmbər Qocayev özü məhkəməyə belə gəlməmişdi. Hakimdən onun gəlməsini və məhkəmədə iştirak edib suallarımızı cavablandırmasını istəsək də olmadı. Diaqnoz Tibb mərkəzini müdafiə edən vəkil Qəmbər Qocayevi tanimadığını və Tibb mərkəzini müdafiə etmək üçün məhkəmə zalında olduğunu bildirdi”.
Rəşad Bağırov Tibb mərkəzinin ona qarşı olan ittihamlarından da danışdı.
Onun sözlərinə görə, xəstəxana bu qədər həngamənin puldan ötrü olduğunu iddia edir:
"İnsan nə qədər vicdansız ola bilər ki, övladının xəstəliyi üzərindən pul qazanar. Mən övladımı yanlış əməliyyat edən həkimin suallarıma cavab verməsini, məhkəmədə iştirak etməsini istəyirəm. Uşaq hal-hazırda evdə müalicəsini davam etdirir. Mən ata olaraq öz övladımın boğazına baxa bilmirəm. Uşaq çox dəhşətli bir vəziyətdədir”.
Bağırovlar ailəsi həkimlə xəstəxananın verdiyi rəyin üst-üstə düşmədiyini bildirir:

"Baxın, xəstəxanadan verilən sənədlərdə göstərilir ki, guya uşaq 5 gün xəstəxanada yatıb. Halbuki əməliyyatın səhərisi gün bizi evə buraxıblar. Bu günədək xəstəxananın nə baş həkimi, nə Qəmbər Qocayev uşağın səhhəti ilə maraqlanmayıb. İndiyədək borc-xərc tapıb 6 dəfə əməliyyat etdirmişik. Müalicəsinə 73 min manatdan artıq pul xərclənib. Amma xəstəxana bizə hələ də heç bir köməklik göstərməyib. Apellyasiya məhkəməsinə müraciət etmişik. Oktyabrda yenidən məhkəmə olacaq”.(Faktor.az)
Qlobal.az