Zəfər paradının baş məşqi keçirilib
Noyabr 06
11:49
2025
Bakıda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradın baş məşqi keçirilib.
Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zəfər paradında iştirakı təsdiqlənib.
Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.



