SON XƏBƏR

Özbəkistanla Qırğızıstanın münasibəti gərginləşir

Mart 19
21:00 2016
Özbəkistan birtərəfli qaydada Qırğızıstanla iki sərhəd-keçid məntəqəsini bağlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Nazirlər Kabineti yayıb. Özbəkistan həmçinin artıq Ala-Buka rayonundakı mübahisəli əraziyə onlarla hərbçi və iki zirehli transportyor yerləşdirib. Qırğızıstan isə bunun qarşılığında Özbəkistanla sərhəddəki üç sərhəd keçid məntəqəsini qapadıb.
 
Qeyd edək ki, Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər onlarla mübahisəli qalan ərazi var. Bu isə tərəflər arasında tez-tez silahlı insidentə səbəb olur. Xüsusilə, 2013-cü ilin yayında Aksıyk rayonunun Jetizaqara yaşayış məntəqəsində baş verən silahlı insident zamanı bir özbək sərhədçisi həlak olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook