SON XƏBƏR

Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Mart 01
08:12 2023
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.

Tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook