Zaxarova: “Erməni deputatlar Qarabağa icazəsiz daxil olmaq istəyiblər”
Aprel 15
01:09
2022
Erməni deputatların Dağlıq Qarabağa səfəri əvvəlcədən sülhməramlılarla razılaşdırılmayıb. Bu barədə aprelin 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ciddi şəkildə uyğun fəaliyyət göstərir. Bu səfər Rusiya sülhməramlı kontingenti komandanlığı ilə əvvəlcədən razılaşdırılmayıb”, – Rusiya Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Rusiya Federasiyası hesab edir ki, rusiyalı sülhməramlıların 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına guya zidd hərəkətləri barədə deyilənlər reallığa uyğun deyil.



