SON XƏBƏR

Zaur Axundovun şirkəti məhkəməyə verildi

Aprel 19
17:33 2022
Azərbaycan Futzal Federasiyasının və "Şamaxı" futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, Zaur Axundova məxsus olan "Səmayə Co LTD" MMC-nin gömrük qaydaları əleyhinə olan inzibati xəta faktı (493-cü maddə) məhkəmə prossesi keçiriləcək.
 
İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılır. 

Hazırda "Səmayə Co LTD" MMC-nindirektoru və qanuni təmsilçisi Vasib Zərbəliyevdir. 

Nizamnamə kapitalı 644 min 700 manat olan "Səmayə Co LTD" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 15 min 127 manat  84 qəpik vergi borcu var.

"Səmayə Co LTD" MMC şirkətinin Zaur Axundova məxsus olması barədə bundan əvvəl mətbuatda məlumatlar dərc edilib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook