SON XƏBƏR

Zaur Axundovun Azərbaycandan çıxartdığı milyonlar

Noyabr 01
13:52 2022
Azərbaycan təmsilçisi "Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında keçirdiyi hər 3 görüşdə məğlub olaraq, qrupda sonuncu yeri tutdu. Azərbaycandan Bosniya və Herseqovinaya 13 futzalçı aparılmışdı. Onların 9-u əcnəbi idi. Bunun üzərinə baş məşqçi Joze Alesio Da Silvanı da əlavə edək. Braziliyalı mütəxəssis həmyerlilərinə Azərbaycanda iş tapıb. Hər biri də kifayət qədər sanballı məbləğə gəliblər Azərbaycana.

10 braziliyalının hər biri minimum 10 min dollar məvacib alır Bakıda. Hər ay Braziliyaya minimum 100 min dollar gedir Azərbaycandan. İl ərzində də 1 milyon dollardan çox. Bu, braziliyalıların qazancı. Bəs Azərbaycanın qazancı nədir? 3 oyunda 0 xal? Bunun üçün ildə 1 milyon dollarımız ölkədən çıxır? 3 oyunda 3 məğlubiyyət almaq üçün Braziliyadan bir dəstə futzalçını Bakıya gətirmək, onlara il ərzində 1 milyon dollar vermək kimin ideyasıdır? Özü də bu məbləği təkcə "Araz-Naxçıvan”ın braziliyalıları aparır.

Ümumiyyətlə, futzal sahəsində təkcə "Araz-Naxçıvan” dərdi deyil dərdimiz. Azərbaycanın futzal çempionatında çıxış edən komandaların əksəriyyətinin heyəti braziliyalı və iranlılardan ibarətdir.

Belə çıxır ki, futzala yaxşı pul ayrılır. Amma bu pul futzalın inkişafına, yerli futzalçıların yetişdirilməsinə xərclənmir, Braziliya və İrana göndərilir.

Niyə? Məqsəd nədir? Sualdır də özümüz özümüzə veririk. Cavab verən isə yoxdur.
 
Mənbə: Publika.az
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook